RU

Filippinin Tabako şəhərində fövqəladə vəziyyət elan edilib

Bakı, 27 yanvar, AZƏRTAC

Filippinin Albay əyalətinin Tabako şəhərində Mayon vulkanının aktivləşməsi səbəbindən fövqəladə vəziyyət elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, vulkanın püskürməsi və lava axınlarının davam etməsi əhali üçün ciddi təhlükə yaradır. Riskli ərazilərdə yaşayan sakinlər təxliyə edilib.

Hazırda vəziyyət nəzarət altında saxlanılır, monitorinq və təhlükəsizlik tədbirləri gücləndirilib.

Избранный
41
1
azertag.az

2Источники