RU

Ötən il Azərbaycanda özünüməşğulluq proqramı 17 minə yaxın şəxsi əhatə edib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"2025-ci ildə 189 mindən çox vətəndaş işlə təmin olunub".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunları və 2026-cı il üçün hədəflərə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ötən il özünüməşğulluq proqramı isə 17 minə yaxın şəxsi əhatə edib:

"Ümumilikdə bu proqramın məqsədi passiv sosial dəstək alan vətəndaşlarımızı aktiv, fəal iştirakçıya çevirmək, aztəminatlı ailələrin gəlirlərinin artırılmasına və genişləndirilməsinə dəstək olmaq, kiçik sahibkarlığı təşviq etmək, regionlarda dəyər yaradan yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına nail olmaqdır.

Özünüməşğulluq tədbirləri çərçivəsində 2025-ci ildə 16 mindən çox, daha dəqiq desək, 16 827 nəfər vətəndaş bu proqramla əhatə olunub. Ümumilikdə isə 2017-ci ildən bu günədək fəaliyyət göstərən proqram 113 minə yaxın vətəndaşı əhatə edib.

Proqram çərçivəsində vətəndaşlara 32 biznes ideyası və istiqaməti üzrə seçim imkanı təqdim olunur. 2025-ci ildə bu yöndə beş yeni zərf əlavə edilib".

Ötən il Azərbaycanda özünüməşğulluq proqramı 17 minə yaxın şəxsi əhatə edib

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
oxu.az

1Источники