RU

Makronu məsxərəyə qoyub “TikTok”da paylaşdı Video

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makronun son zamanlar ictimaiyyət qarşısına gün eynəyi ilə çıxmasını məsxərəyə qoyub.

“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, Starmer Londonda keçirilən bir komediya şousunda gün eynəyi taxaraq fransız dilində “Bonjour” (salam – red.) deyib. 

Bu, ötən həftə Davosda baş tutan Dünya İqtisadi Forumunda bütün tədbirlərdə gün eynəyi taxan Fransa prezidentinə eyham kimi qiymətləndirilib. 

Onun bu davranışı zaldakı tamaşaçılar tərəfindən gülüşlə qarşılanıb.

Starmer daha sonradan həmin anın görüntülərini “TikTok” hesabında paylaşıb. 

Xatırladaq ki, E.Makron son zamanlar sağ gözündəki problemlə əlaqədar ictimaiyyət arasında gün eynəyi ilə çıxır. O, həm ölkə daxilində, həm də xaricdə tədbirlərə eynəklə qatılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
2
qafqazinfo.az

3Источники