RU

Hasil Abbasov: Süni intellekti özündə ehtiva edən peşələri kurslarımıza daxil edəcəyik

Bakı, 27 yanvar, Günel Türksoy, AZƏRTAC

Əmək bazarı dinamik bir mühitdir. Bazarın tələbinə uyğun olaraq, peşə və ixtisasların sayı artırıla bilər.

Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərə həsr olunan mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, agentliyin informasiya texnologiyaları istiqamətində tədris etdiyi kifayət qədər peşələr var: "Həmin peşələrin içərisində süni intellekt istiqamətinə yönləndirmələr də var. İlk növbədə, Azərbaycanda süni intellekt mütəxəssi üzrə nə qədər vakansiyanın elan edilməsini araşdırmaq lazımdır. Bəli, bu peşəyə ehtiyac var. Gələcəkdə də bununla bağlı trendlər artım üzrə gedəcək. Hətta bu yaxınlarda İlon Maskın səsləndirdiyi bəyanata görə, elektrik enerjisi təminatı güclü olan ölkələr süni intellekt sahəsində uğurlu olacaq. Azərbaycan da elektrik enerjisinə görə dünyada lider olan dövlətlərdən biridir. Bu o deməkdir ki, Azərbaycanda süni intellektlə bağlı ixtisaslara tələb durmadan artacaq. Belə olan halda, biz süni intellekti özündə ehtiva edən peşələri kurslarımıza daxil edəcəyik".

Избранный
34
1
azertag.az

2Источники