RU

Ukraynaya əlavə qaz alışı üçün 85 milyon avro veriləcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Avropa ölkələrindən biri Ukraynaya əlavə qaz alması üçün 85 milyon avro təqdim edəcək.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denis Şmıqal teleqram kanalında bildirib.

"EBRD alətləri vasitəsilə 85 milyon avro Ukrayna üçün əlavə qaz həcminin alınmasına yönəldiləcək. Avropa ölkələrinin birindən müvafiq qrantın alınmasına dair iş başa çatmaq üzrədir", - D.Şmıqal yazıb.

O qeyd edib ki, bu barədə EBRD prezidenti Odil Reno-Basso ilə onlayn söhbət zamanı danışılıb: "Tərəfdaşlarımıza bunun üçün minnətdarıq! Əlavə maliyyələşmə mənbələrini tapmaq üçün əməkdaşlığımızı davam etdirəcəyik".

Nazirin sözlərinə görə, EBRD tərəfindən "Ukrenergo" və "Ukrhidroenergo"ya maliyyə dəstəyinin davam etdirilməsi də son dərəcə vacibdir.

Избранный
13
far.az

1Источники