RU

"Real" İspaniya klubunun müdafiəçisi ilə maraqlanır

İspaniyanın "Real" klubu "Betis"də çıxış edən futbolçu Natan Souza ilə maraqlanır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Braziliyalı oyunçunu İngiltərənin "Çelsi" və "Nyukasl" klubları da izləyir. "Betis" futbolçusunu 40-50 milyon avroya satmaq niyyətindədir.

Qeyd edək ki, Natan Souzanın La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. O, cari mövsümdə 27 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
20
1
far.az

2Источники