RU

FHN bu helikopterlərə yarım milyon xərcləyəcək

Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi KA-32A tipli helikopterlərdə istismar olunan 4 ədəd TV3-117VMA mühərriklərinin təmirəqədər resursunun artırılmasına, 4 ədəd TV3-117VMA və 1 ədəd Aİ-9 mühərriklərinin təmirəqədər istismar müddətlərinin və resursunun artırılması xidmətinə 505 155 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə,  bu xidmət “Falcon İnternational Fze” şirkəti tərəfindən göstəriləcək.

 

Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “Bir mənbə metodu” tətbiq olunub, satınalma birbaşa olub.

 

Cabir

Tarix: 27 Yanvar 2026, 13:38   
Избранный
39
1
pravda.az

2Источники