RU

İsraillilər indiyə qədərki ən böyük psixoloji böhranla üzləşirlər- ÖZƏL 

İsrail minlərlə vətəndaşı ilə ölkənin tarixində ən böyük psixoloji böhranla üzləşir. Olaylar.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Qəzza sektoru ilə münaqişə nəticəsində bir çox israillilər posttravmatik stres pozuntusundan (PTSR) əziyyət çəkir.
İsrailin Natal qeyri-kommersiya təşkilatının hesablamalarına əsasən, ölkədəki hazırkı psixoloji vəziyyətin birbaşa və dolayı iqtisadi təsirləri növbəti beş il ərzində 160 milyard ABŞ dollarına çatacaq. Bu, məhsuldarlığın azalması, xroniki xəstəliklərin və ailədaxili zorakılığın artması kimi problemləri əhatə edir.
Təşkilatın araşdırmalarına görə, 10 milyonluq İsrail əhalisinin təxminən 625 min nəfəri münaqişənin psixoloji təsirlərini yaşayacaq və ya artıq yaşayır, 60-80 min nəfərdə isə psixoloji problemlər iş həyatına reinteqrasiyaya mane olacaq səviyyəyə çatacaq.
İsrail Müdafiə Nazirliyinin reabilitasiya bölməsində hazırda 32 min hərbçi psixiatrik problemlər və PTSR ilə müalicə alır. Son iki ildə bu rəqəmin 13 mini döyüş əməliyyatları zamanı xəstəxanaya yerləşdirilib. Nazirliyin proqnozuna görə, 2028-ci ilə qədər ixtisaslaşdırılmış müəssisədəki xəstələrin sayı 50 minə çatacaq. Mütəxəssislər bildirir ki, hətta İsrail və HƏMAS arasında atəşkəs əldə olunsa belə, psixoloji zədələnmiş insanların sayı artmağa davam edəcək. Təl-Əviv Universitetindən ekspert Yair Bar-Xaimin sözlərinə görə, bu problemin həlli 20-30 il çəkə bilər.
Ümumilikdə, israillilər arasında həm PTSR, həm də depressiya və narahatlıq pozuntuları rekord səviyyəyə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
olaylar.az

1Источники