RU

Şahin Şıxlinskinin məhkəməsi qapalı rejimdə keçirilir

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə təşəbbüs “təhdidlər alındığını” iddia edən “zərərçəkmiş Şerinov” (ad şərtidir – red.) verib. Prokurorluq bu mövqeyi dəstəkləyib. Nəticədə hakim iclasların qapalı keçirilməsi barədə qərar çıxarıb.

Yekaterinburqun Kirovski Rayon Məhkəməsində yerli Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin məhkəməsi yanvarın 15-də başlayıb. Müttəhimlər kürsüsündə Şahin Şıxlinski, Məzahir, Akif, Ayaz, Bəkir, Əhliman Səfərov qardaşları və Şücayəddin Rəcəbov əyləşiblər. Onlar qətl, adam öldürməyə cəhd, qətldə şəriklikdə və dövlət məmuruna qarşı zorakılıqda ittiham olunurlar. Bütün müttəhimlər bu iddiaları rədd edirlər.

Xatırladaq ki, ötən il iyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri Yekaterinburqda Səfərovlar ailəsinin üzvlərinin yaşadığı bir neçə ünvanda reydlər keçirib. Bu basqınlar zamanı Hüseyn və Ziyəddin Səfərov qardaşları ölümcül döyülüblər.

Bir neçə nəfər, o cümlədən mərhumların qardaşı Bəkir Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski daha sonra Yekaterinburqda saxlanılıb.

Mütvəli Şıxlinskiyə qarşı dövlət məmuruna zorakılıq tətbiq etmək maddəsi ilə cinayət işi açılıb. 2025-ci ilin iyulunda Mütvəli Şıxlinski həbs edilib və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
17
azvision.az

1Источники