Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.
Kürdəmirdə magistral su boru xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdəmir magistral su xəttinin 31-ci km-də rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.Belə ki, qəza diametri 55 mm olan borunun partlaması nəticəsində qeydə alınıb. Qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.Borunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələrdə subasmaları baş verib və sakinlərə xeyli maddi ziyan dəyib.Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21000 sakini içməli su ilə təmin edir.


Bizim.Media, Aran bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.