RU

İsrail pilotsuz təyyarəsi Livanın cənubunda "Hizbullah" üzvünü öldürüb

İsrail

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə Livanın cənubunda Şiə "Hizbullah" hərəkatının silahlı qanadının üzvünün idarə etdiyi motosikletə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.

Xəbər portalının məlumatına görə, şiə döyüşçüsü aldığı yaralardan hadisə yerində ölüb. Hadisə Tir şəhərinin cənub-şərqində (Beyrutdan 90 km məsafədə) Deyr Qanun və Batuliya yaşayış məntəqələri arasındakı magistral yol hissəsində baş verib.

26 yanvarda İsrail pilotsuz təyyarələri "Hizbullaha" məxsus iki nəqliyyat vasitəsini izləyərək məhv edib, nəticədə bir səhra komandiri də daxil olmaqla üç nəfər həlak olub.

Məryəm Quliyeva

Избранный
32
1
xalqcebhesi.az

2Источники