RU

Cənubi Koreya Kanada ilə hərbi kəşfiyyat məlumatlarının paylaşılması sazişini təsdiqlədi

Cənubi Koreyada Nazirlər Kabineti Kanada ilə hərbi kəşfiyyat məlumatlarının paylaşılmasını və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sazişi təsdiqləyib.

Editor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın dünən axşam açıqladığı 25 faiz gömrük rüsumu qərarının beynəlxalq rezonansı davam edərkən, Cənubi Koreya hökuməti bu gün Kanada ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirən razılaşmaya razılıq verib.

Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya hökuməti Kanada ilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın artırılması üçün hüquqi çərçivə formalaşdıran mühüm addım atıb. Nazirlər Kabineti ilk dəfə 2025-ci ilin oktyabrında Cənubi Koreya Prezidenti Li Cə Myunq və Kanada Baş naziri Mark Karni arasında imzalanmış sazişi təsdiqləyib.

Saziş hərbi və müdafiə sahələrində məxfi məlumatların iki ölkə arasında paylaşılmasını asanlaşdırmağı hədəfləyir. Eyni zamanda, sənəd çərçivəsində Cənubi Koreya ilə Kanada arasında müdafiə əməkdaşlığının hərbi təchizat, eləcə də əməliyyatların koordinasiyası kimi sahələri də əhatə etməsi nəzərdə tutulur.

 

Razılaşmanın hər iki ölkə hökuməti tərəfindən zəruri prosedurlar tamamlandıqdan sonra qüvvəyə minməsi gözlənilir.

//Gülnarə Abasova, Editor.az

Избранный
8
editor.az

1Источники