RU

Türkiyəli jurnalist saxlanılıb

525.az saytına istinadən ain.az xəbər verir.

Türkiyəli jurnalist Sədəf Kabaş saxlanılıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kabaşın saxlanılmasının səbəbi onun sosial media paylaşımlarıdır.

Vəkil Uğur Poyraz gecə saatlarında etdiyi paylaşımda müvəkkili Sədəf Kabaşın ona zəng edərək saxlanılması barədə məlumat verdiyini bildirib.

Daha sonra İstanbul Anadolu Baş Prokurorluğu Kabaşın sosial media platforması X-də etdiyi paylaşımlara görə saxlanıldığını bildirən açıqlama yayıb. Prokurorluq Kabaşın "Prezidenti təhqir etmək və cinayət törətməyə təhrik etmək" kimi qanunazidd əməllər törətdiyini iddia edib.

Buna görə də istintaq prosesinin bir hissəsi olaraq, Kabaşın Baş Prokurorluğa gətirilməsi üçün 27 yanvar 2026-cı ildə həbs qərarı verilib.

Kabaşın bu gün məhkəməyə gətirilməsi gözlənilir.

Qeyd edək ki, S.Kabaş 2022-ci ildə "Prezidenti təhqir etmək" ittihamı ilə həbs olunmuşdu.

8 fevral 2024-cü ildə ona qarşı sosial media paylaşımına görə 3 ilə qədər həbs cəzası tələb edən iddia qaldırılıb.

Bu yaxınlarda isə Kabaş Mərkəzi Bankın sədri Fatih Karahan haqqında sosial media paylaşımına görə "açıq şəkildə yanlış məlumat yaymaqda" ittiham olunaraq 10 ay həbs cəzasına məhkum edilib, lakin hökmün elan edilməsi təxirə salınıb.

Şahanə Müşfiq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
525.az

1Источники