RU

İranda etirazlar zamanı 10-a yaxın din xadimi öldürülüb 

Tehranın elmi-dini hövzəsini rəhbəri Məhəmmədhadi Rəhimisadeq yanvar ayındakı etirazlar zamanı 7 din xadiminin öldürüldüyünü açıqlayıb. Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, qətlə yetirilənlərdən biri Tehranda, qalanları isə İranın digər bölgələrindən olub.

Rəhimisadeq, habelə, bildirib ki, Tehranda 65 məscidə hücum edilib və bir neçə elmi-dini mərkəz ziyan görüb. Xüsusilə, Tehrandakı “Şəhid Beheşti” məscidi yandırılıb.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı (HRANA) ölkədə kütləvi etirazlar zamanı ölənlərin sayının 6.126 nəfərə çatdığını açıqlayıb.

Избранный
30
veteninfo.az

1Источники