RU

Bu xəstəlikdən əziyyət çəkənlərə pulsuz dərman veriləcək

2026-cı ildə resept əsasında yazılan ambulator dərmanların qarşılanması ilə bağlı yeniliklər açıqlanıb.

Sitat.info xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və qarşıdakı dövr üçün hədəflər” mövzusunda keçirilən mətbuat konfransı zamanı ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib.

O bildirib ki, Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir:

"Bu səbəbdən ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur.

İlkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edir və müxtəlif doza və kombinasiyalar üzrə təqdim ediləcək".

Избранный
14
5
sitat.info

7Источники