RU

“Yeni dünya nizamında Azərbaycanın öz dəsti-xətti mövcuddur”

Tofiq Abbasov: “Bu, xalqımız, dövlətimiz adına böyük uğurdur”

“ABŞ-ın Azərbaycana olan münasibəti göstərir ki, yeni dünya nizamında ölkəmizin öz dəsti-xətti mövcuddur”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti ciddi mətləblərdən xəbər verir:

“ABŞ-Azərbaycan münasibətlərinin yaxın tarixinə nəzər salsaq görərik ki, tərəflər arasında əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə artıb. Bu əməkdaşlıq regionda sabitliyin möhkəmlənməsi, inkişaf imkanlarının genişlənməsi, təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Proseslərin təhlili göstərir ki, ABŞ ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir. Donald Tramp Prezident İlham Əliyevə inanır, onun təşəbbüslərini dəstəkləyir. Trampın ölkəmiz, prezidentimizlə bağlı səsləndirdiyi fikirlər bunun ən böyük isbatıdır. Bütün bunlar onu deməyə əsas verir ki, biz yaxın gələcəkdə ABŞ-la Azərbaycan arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şahid olacağıq”.

Seymur ƏLİYEV

 

Избранный
13
1
moderator.az

2Источники