2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin sayı 71.662-yə çatıb. 171.428 nəfərin isə yaralandığı bildirilir.
Newscenter.az xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat verib. Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 2 ölü və 9 yaralı gətirilib.
Məlumata görə, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən bəri İsrail hücumlarında 488 nəfər ölüb və 1350 nəfər yaralanıb.
Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında olduğu bildirilir.
Anar