Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.
53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.
Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib.
İlkin məlumata görə, M.Aydəmirov infarktdan həyatını itirib.