RU

Əməkdar məşqçi dünyasını dəyişdi

Əməkdar idman ustası və əməkdar məşqçi Mirəli Seyidov 69 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, M.Seyidovun vəfatı haqda xəbəri Azərbaycan Karate Federasiyası yayıb.

O, uzun illər ölkəmizdə karate idman növünün inkişafına böyük töhfələr verib, karate idman növü üzrə 7-ci dan qara kəmər sahibi olub.

Mirəli Seyidov Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində əvəzsiz xidmətləri ilə seçilib. Onun zəhməti və insani keyfiyyətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilib.

Избранный
74
5
publika.az

6Источники