RU

Kəskin pankreatitdəyüksəkdozalı vitamin C - sağalmanmı sürətləndirir



Kəskin pankreatit:yüksəkdozalı vitamin C-nininfuziyaları vitamin C defisitinin kompensasiyası üçün vacibdir, həmçinin sağalmanı sürətləndirir.

Medicina.az xəbər verir ki. bu barədə Çinlialimlər elmi araşdırma aparıblar.

(2003) https://pubmed.ncbi.nlm.nih.gov/14606098/


D-rWei-Dong Du,cərrahiyə şöbəsi, Xuadonq hospitalı, Şanxay,200040, (China)nunapardığı tədqiqatda:

D-r Dukolleqaları ilə birlikdə randomizəolunmuş kontrol tədqiqat çərçivəsində 25-71 yaş arası 84 nəfər (53 kişi, 31 qadın)kəskin pankreatitlipasiyentdəyüksəkdozalı vitamin C infuziyasının təsirini öyrənmişlər. Müqayisə yüksək doza qəbul edən eksperimental qrupla (40 pasiyent—gündəlik 10 qram vit. C) daha az doza qəbul edən kontrol qrup (44 pasiyent—gündəlik 1 qram vit. C)arasındaaparılmışdır.

Hər iki qrupda vitamin C 5 gün ardıcılvenadaxili yeridilmişdir. Qiymətləndirmə aşağıdakı parametrlərə görə aparılmışdır:kliniki simptomların inkişafı, hospitalizasiya müddəti, fəsadlaşma faizi və ölüm səviyyəsi,laborator analizlərin göstəriciləri---vitamin C-nin səviyyəsi, amilaza, sitokin və iltihab markerləri (SIL-2R, TNF-α, IL-6, IL-8, CRP), immun sisteminin vəziyyəti(CD3, CD4, CD4/CD8)və antioksidant aktivliyinin göstəriciləri. Bunun üçüntədqiqatçılar bu göstəriciləri 40 sağlam müayinə olunanın göstəricisi iləmüqayisə etmişlər.

Nəticələr:

Sitokinlərin yüksək səviyyəsi və oksidativ stress kəskin pankreatitli pasiyentlərüçünxarakterikdir.Bu qrup pasiyentlərdə plazmada vitamin C-nin səviyyəsi və antioksidantlarınaktivliyi xeyli azalmışdır. Bu həmçinin hüceyrə immunitetinə də aiddir. Bu patoloji dəyişikliklər ağır formalı pankreatitli xəstələrdə yüngül formalı xəstələrənisbətən daha nəzərəçarpandır.

Kəskin pankreatitli eksperimental (10 q vit. C) və kontrol (1 q vit. C) qruplarda müqayisə göstərmişdir ki, yüksəkdozalı terapiya alan qrupda 5 gündən sonra sağalanların sayı xeyli artmışdır (41 qarşı 75%), həmçinin daha az fəsadlarınolması müşahidə edilmişdir. Hospitalizasiya müddəti13 gündən 9 günədək azalmışdır.

5 günlük terapiyadan sonra 10 qram vit. C alan qrupdaplazmada vitamin C-nin səviyyəsi1 qram alan qrupdan xeyli yüksəkdir(45,21 µM-əqarşı 53,25 µM ); lakin yüksəkdozalıqrupda və plazmada vitamin C-nin səviyyəsi kontrol qrupdakı səviyyədən (55,12 µM) fərqlidir və optimal səviyyə kimi qəbul edilmiş səviyyədən (60 – 80 µM) aşağıdır. Digər antioksidantların səviyyəsi də 10 qram vitamin C qəbulu fonunda artmışdır.

Kliniki simptomlar (yüksək hərarət, qusma) və analiz göstəriciləri (qan və sidikdə amilaza, leykositlərin miqdarı) yüksəkdozalı terapiya alan qrupda daha tez normallaşmışdır (məs., hərarət 24 saat tez aşağı düşmüşdür)

Hər iki qrupda sitokinlərin səviyyəsinin xeyli azalması müşahidə edilmişdir. Yüksəkdozalı vit. C ilə terapiya alan qrupda effekt daha nəzərəçarpandır (məs., IL-6 –nın səviyyəsi iki dəfə artıq azalmışdır, TNF-α əlavə olaraq40 % azalmışdır).

Hüceyrə immun cavabı hər iki qrupda yaxşılaşıb. Lakin ağır vəziyyətdə olankəskin pankretitli xəstələrdə yüksəkdozalı terapiya daha faydalı olmuşdur .

Xülasə: Yalnız yüksəkdozalıterapiya vit. C-nin təxmini fizioloji səviyyəsini əldə etməyə imkan vermişdir. Bir çox kliniki simptomlar yüksəkdozalıvit. Cterapiyasından sonra daha tez normallaşmışdılar, terapiya başlayandan5 gündən sonratam sağalmışların faizi isə 2 dəfə çoxdur (xəstəxanada qalma müddəti 3 dəfə azalıb).

AYGÜN M.
MEDİCİNA.AZ




Избранный
31
1
medicina.az

2Источники