RU

İsrail kanalı onun ölüm xəbərini yaymışdı: Bu video ilə cavab verdi

İsrailin "Channel 12" telekanalı İrandakı etirazlarda yəhudi əsilli dörd nəfərin öldürüldüyünü iddia edib.

Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, ölənlərdən biri kimi israilli aktivist Noya Tsiyonun şəkilləri yayımlanıb.

İttihamlardan sonra Tsiyon sosial media hesabında paylaşdığı videoda haqqında yayılan xəbərlərin yalan olduğunu bildirib. O, ölüm xəbərini görüb təəccübləndiyini deyib.

"Bunu yaşadığımı görmək inanılmazdır. Evdəyəm və tezliklə idman etməyə çıxacağam. İranda heç bir qohumunun və ya tanışım yoxdur", - deyərək təəccübünü ifadə edib.

Избранный
83
publika.az

1Источники