
“Beşiktaş” klubu Yunanıstan millisinin sol cinah müdafiəçisi Kostas Tsimikasla maraqlanır.
Missiya.Az xəbər verir ki, hazırda “Roma”da icarə əsasında çıxış edən futbolçunun transfer hüquqları İngiltərənin “Liverpul” klubuna məxsusdur.
Türkiyə təmsilçisi mövsümün ortasında heyətdə ciddi dəyişikliklər edərək bir neçə futbolçu ilə yollarını ayırıb. “Qara qartallar” ilk transfer addımını “Aston Villa”dan Yasin Özcanı heyətinə qatmaqla atıb və müdafiə xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.
İngiltərə mətbuatının yaydığı məlumata görə, britaniyalı jurnalist Ben Ceykobsun iddiasına əsasən, “Beşiktaş” Kostas Tsimikasın transferi ilə bağlı “Liverpul”a rəsmi müraciət edib.
Bildirilib ki, yunanıstanlı müdafiəçi “Roma”dakı icarə müddəti başa çatdıqdan sonra yenidən “Liverpul”a qayıtmaq niyyətindədir. Bu səbəbdən Tsimikasın “Beşiktaş”ın icarə təklifinə müsbət yanaşmadığı qeyd olunur.
Qeyd edək ki, Konstantinos Tsimikas cari mövsümdə “Roma”nın heyətində bütün turnirlər üzrə 16 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Seyranə QuliyevaMissiya.Az