RU

“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” 2025-ci ildə də çox sayda qazanılan böyük uduşlarla yadda qalıb.

Ötən il “Azərlotereya”nın tirajlı lotereya, “Poz-Qazan” və “ePoz-Qazan” oyunları üzrə 267 böyük uduş qazanılıb. Onlardan 172-i “Poz-Qazan”, 29-u tirajlı, 66 ədədi isə “ePoz-Qazan” oyunlarının payına düşüb.

2025-ci ilin ən böyük uduşu - 500 000 manat “Prestij”də qazanılıb. Bu, “Poz-Qazan” oyunlarının tarixində ən böyük uduş hesab edilir.

Digər “Poz-Qazan” oyunlarında uduşlar bol olub. 1 biletdə 200 000, 6 biletdə 100 000, 1 biletdə 75 000, 16 biletdə 50 000, 2 biletdə 30 000, daha 18 biletdə 25 000, 94 biletdə 10 000, 27 biletdə 5 000, 5 biletdə 5 555, 1 biletdə isə 3 000 manat qazanılaraq şanslı qaliblərinə qovuşub.

Ötən il tirajlı lotereyalar arasında da böyük uduşlar qeydə alınıb. 3 nəfər “Super Keno”dan 100 000, 10 nəfər isə “Beşdə 5” lotereyasından 50 000 manat qazanıb.

Избранный
84
12
publika.az

10Источники