RU

Müsabiqə üzrə ərizə qəbulunun vaxtı uzadılıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vakant kiçik rəis heyəti (xüsusi rütbəli) vəzifələri üzrə müsabiqədə iştirak üçün ərizə qəbulunun vaxtı çoxsaylı müraciətlər nəzərə alınaraq fevral ayının 27-si saat 18:00-dək uzadılıb. 

İki sahil”ə verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsini Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Penitensiar xidmətə qulluğa qəbul” bölməsindən əldə edə bilərlər. 

Ərizələri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin elektron poçtu ([email protected]), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.

Növbəti mərhələdə ərizə ilə müraciət edən namizədlərdən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun  4 və 34-cü maddələrində qeyd olunan tələblərə cavab verən şəxslər müsahibədə iştirak etmək üçün “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları”nda göstərilmiş siyahıdakı sənədləri təqdim edirlər.

Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsilə, eləcə də Nazirliyin rəsmi veb-saytında “Penitensiar xidmətə qulluğa qəbul” bölməsindən əlavə məlumat əldə edə bilərlər.

Избранный
75
10
ikisahil.az

10Источники