RU

Yeni körpünün bölgə üçün əhəmiyyəti nədir?

Araz çayı üzərində inşa edilən Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır. Bəs bu körpünün bölgə üçün hansı əhəmiyyəti var?İqtisadçı ekspert Eyyub Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, bu layihə təkcə ölkəmizin deyil, bütövlükdə regionun enerji potensialının artırılmasına, tranzit imkanlarının genişlənməsinə və sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək: “Belə ki, sözügedən körpü həm şərq–qərb, həm də şimal–cənub istiqamətində yerləşən magistral nəqliyyat qovşaqlarının enerji ilə təminatında mühüm rol oynayacaq. Eyni zamanda Araz vadisi iqtisadi zonasında yerləşən sənaye parkının, eləcə də Qarabağ iqtisadi zonasının enerji təminatını daha dayanıqlı və daha geniş miqyasda təmin edəcək”.E.Kərimli qeyd edib ki, bu körpü Azərbaycan–Naxçıvan əlaqələrinin güclənməsinə, burada infrastrukturun daha da təkmilləşdirilməsinə, iqtisadi inkişafın və ölkənin tranzit potensialının artırılmasına da xidmət edəcək. Onun sözlərinə görə, region ölkələrinin, xüsusilə Azərbaycan və İran arasında enerji təchizatı və enerji mübadiləsinə də ciddi təsir göstərəcək. “Nəticə etibarilə, bu layihə ölkəmizin enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək və gələcəkdə enerjinin ixrac imkanlarına müsbət təsir göstərəcək”, - deyə iqtisadçı əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
27
metbuat.az

1Источники