RU

Deputat: 2026-cı ildə qeyri-neft-qaz sektorunun payı ÜDM-də artacaq

"Azərbaycan Respublikasında sənaye parkları iqtisadi inkişafın əsas drayverlərindən birinə çevrilib. 2025-ci ilin ilk 11 ayında qeyri-neft-qaz məhsullarının ixracı 3,3 milyard dollar olub ki, bu da 7,3 faiz artımı göstərir".

QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, sənaye zonalarında istehsal olunan məhsulların böyük hissəsi dünya üzrə 70 ölkəyə ixrac edilir. Neft bazarındakı volatillik və qlobal risklər nəzərə alınaraq, qeyri-neft ixracatının artırılması iqtisadi şaxələnmə üçün xüsusi əhəmiyyət kəsb edir:

"2026-cı ildə qeyri-neft-qaz sektorunun ümumi daxili məhsul və büdcə gəlirlərində payının artması yeni dövrün əsas hədəflərindəndir".

Избранный
28
qht.az

1Источники