RU

Hindistan Rusiyadan neft idxalını 28 % azaldıb

Hindistan Rusiya neftinin idxalını təxminən 28 % azaldıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə Hindistanın neft naziri Hardip Sinqh Puri bildirib.

Onun sözlərinə görə, tədarük gündəlik 1,8 milyon barellə müqayisədə 1,3 milyon barelə qədər azalıb və daha da azala bilər. Bu, yeni təchizat mənbələrinin yaranması ilə bağlıdır. Hindistan əvvəllər 27 ölkədən neft alırdısa, indi onların sayı 41-ə çatıb.

Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan Kanada və ABŞ ilə enerji ticarətini inkişaf etdirməyə çalışır. Hazırda ölkə ABŞ-dən ildə 15 milyard dollar dəyərində enerji daşıyıcıları alır. Kanada isə Hindistana enerjinin əsas tədarükçüsü ola bilər. Hindistan Kanada ilə enerji sahəsində idarələrarası dialoqa başlayıb.

H.Puri qeyd edib ki, Hindistan enerji balansında qazın payını 15 %-ə qədər artırmağı planlaşdırır.

Избранный
10
2
far.az

3Источники