RU

Kanye Uest ruhi xəstə olduğunu açıqladı

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Amerikalı reper və sahibkar Kanye Uest özünün antisemitik bəyanatlarına görə ictimai şəkildə üzr istəyib və bildirib ki, bipolyar pozğunluq səbəbindən reallıqla əlaqəsini itirib.

Qaynarinfo xəbər verir ki, "To Those I’ve Hurt" ("Zərər verdiyim insanlara") adlı açıq məktub 26 yanvar tarixində "The Wall Street Journal" qəzetində tam səhifə reklamı şəklində dərc olunub. 48 yaşlı sənətçi etiraf edib ki, son illərdəki davranışı dağıdıcı olub və bir çox insanlara zərər verib.

Kanye Uest qeyd edib ki, ciddi psixi sağlamlıq problemləri 2002-ci ildə baş verən avtomobil qəzasından sonra başlayıb: qəza zamanı onun frontal beyin nahiyəsinə zədə dəyib. Onun sözlərinə görə, zədənin nəticələri uzun müddət nəzərə alınmayıb və yalnız 2023-cü ildə bipolyar pozğunluq I tipli diaqnozuna gətirib çıxarıb.

Reper manik vəziyyətləri detallı təsvir edib: bu zaman insana elə gəlir ki, o, hamıdan daha aydın düşünür, amma əslində tam nəzarəti itirir. Vest iddia edir ki, məhz bu epizodlar onun antisemitik bəyanatlarına və skandal davranışlarına səbəb olub.

Məktubda Uest etiraf edib ki, "parçalanmış şüur” vəziyyətində ən dağıdıcı simvollara, o cümlədən svastikaya yönəlib. Eyni zamanda vurğulayıb ki, özünü nasist və ya antisemit hesab etmir:

"Reallıqla əlaqəmi itirmişəm. Problemi nə qədər uzun müddət görməməzlikdən gəlsəm, vəziyyət bir o qədər pisləşdi. Mən sözlər dedim, əməllər etdim və dərin peşmanlıq hissi keçirirəm. Ən çox sevdiyim insanlara qarşı ən pis davranışımı göstərdim... Mən nasist deyiləm və antisemit deyiləm. Mən yəhudi xalqını sevirəm".

Uest ayrıca qaradərili icmaya üzrxahlıq edib, onu öz şəxsiyyətinin təməli adlandırıb və karyerası boyu onu dəstəkləyən insanları məyus etdiyini etiraf edib. O, 2025-ci ildə dörd aylıq maniak epizod zamanı intihar düşüncələri keçirdiyini xatırladıb və həyat yoldaşı Byanka Tsenzorinin onu yardım axtarmağa inandırdığı üçün təşəkkürünü bildirib.

Uest hazırda müalicə alır, effektiv dərman rejimi, terapiya, fiziki məşqlər və sağlam həyat tərzi ilə məşğuldur. Reper bildirir ki, düşüncəsi aydındır və "müsbət və məzmunlu sənət yaratmağa" diqqət yetirir.

"Şəfqət və ya güzəşt istəmirəm, amma bağışlanmağa layiq olmaq istəyirəm. Bu gün sizə yazıram ki, evə qayıtmaq yolunu axtararkən səbr və anlayışınızı istəyim", deyə Uest məktubunu yekunlaşdırıb.

Xatırladaq ki, son illərdə Uest antisemit hücumları səbəbindən bir neçə dəfə qalmaqallarda mərkəzdə olub. 2022-ci ildə "Adidas" şirkəti Uestin yəhudilər barədə "death con" bəyanatından sonra, "Yeezy" markası ilə əməkdaşlığı dayandırıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
qaynarinfo.az

1Источники