RU

Rusiya ordusu dronlarla Xarkovda sərnişin qatarına hücum edib, xəsarət alanlar var

Kiyev, 27 yanvar, AZƏRTAC

Rusiya ordusu dronlarla Xarkov bölgəsində sərnişin qatarına hücum edib, nəticədə lokomotivdə və vaqonda yanğın olub, xəsarət alanlar var.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın "Şahed" dronları Barvenkovo-Lvov-Çop marşrutu üzrə sərnişin qatarına hücum edib. Bu, Xarkov bölgəsindəki Barvenkovo yaşayış məntəqəsində baş verib.

Qatarda 291 sərnişin olub və hamısı tez bir zamanda təxliyə edilib, iki nəfər isə yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
48
4
azertag.az

6Источники