RU

Qəhvə sağlam insanlar üçün təhlükəlidir?

Qəhvə sevənlər narahat olmasın - içki bədəndən vitamin və mineralları çıxarmır.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Aleksandr Burlakov məlumat verib. 

Həkimin sözlərinə görə, əksər sağlam böyüklər üçün gündə üç-dörd fincana qədər qəhvə qəbul etmək mineralların itirilməsinə, D vitamininin bloklanmasına və ya anemiya yaranmasına səbəb olmur.

Burlakov əlavə edib ki, kofein həqiqətən kalsium itkisini bir qədər artırır - hər fincana bir neçə milliqram civarında - amma bu, klinik baxımdan əhəmiyyətli deyil.

Ekspert vurğulayıb ki, qəhvənin mülayim istehlakı sağlam insanlar üçün təhlükəsizdir və vitamin-mineral balansına ciddi təsir göstərmir.

Aytəkin TOFİQQIZI

Избранный
63
1
redaktor.az

2Источники