RU

Başını balta ilə kəsib dərəyə atıblar: Beş gün meyiti tapılmayan Arif Nəbiyevin qatili öz oğludur?

Şəmkirdə dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.

Rayonun Zəyəm Cırdaxan kənd sakini 56 yaşlı Arif Nəbiyevin meyiti yaşadığı evdən 50-60 metr aralıda yerləşən dərədə aşkar edilib.

Onun meyiti axtarışlardan 5 gün sonra - yanvarın 26-da kisəyə bükülmüş halda tapılıb. İlkin məlumata görə, Arif Nəbiyev azyaşlı oğlu tərəfindən qətlə yetirilib.

Mərhumun qardaşı Elbrus Nəbiyev hadisə ilə bağlı Baku TV-yə açıqlama verib:

"Hadisəni törədən öz oğludur. Atasını yatdığı yerdə baltalayıb, meyitini gətirib kanala atıb. Sonra isə Rusiyaya qaçıb. Özüm də Rusiyada yaşayıram, hadisəni eşidib gəlmişəm".

Faktla bağlı araşdırma aparılır.

Избранный
33
6
far.az

10Источники