RU

Azərbaycan və Ermənistan arasında daha bir razılaşma

Azərbaycan və Ermənistan mayeləşdirilmiş təbii qaz və bitumun Azərbaycan ərazisindən dəmir yolu ilə daşınması ilə bağlı razılığa gəliblər.Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında məlumat yayıb.

Nazir bildirib ki, erməni iş adamları artıq bu imkandan yararlana bilərlər.

Son günlər Azərbaycandan Ermənistana göndərilən maye yanacaqlar bu ölkənin daxili bazarında öz təsirini göstərməyə başlayıb. Belə ki, ixrac olunan yanacaq məhsulları Ermənistanda benzin və dizelin qiymətinin nəzərəçarpacaq dərəcədə ucuzlaşmasına səbəb olub.

Избранный
96
5
anews.az

6Источники