RU

Tramp: Ukraynada müharibənin dayandırılması ilə bağlı yaxşı xəbərlər var...

ABŞ prezidenti sülh prosesi ilə bağlı nikbin olduğunu açıqlayıb…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynada müharibənin dayandırılmasına yönəlmiş danışıqlar çərçivəsində “çox yaxşı şeylərin” baş verdiyini deyib. Reuters Agentliyinin məlumatına görə, Tramp bu açıqlamanı Ağ Evi tərk edərək Ayova ştatına yola düşərkən jurnalistlərə verib.

ABŞ prezidenti detallara varmadan prosesə nikbin yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, diplomatik təmaslar müsbət məcrada davam edir. Məlumata əsasən, ötən həftəsonu Rusiya və Ukrayna nümayəndələri ABŞ rəsmilərinin vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş keçiriblər. Görüşdə müharibənin dayandırılması perspektivləri və mümkün razılaşma mexanizmləri müzakirə olunub.

Qeyd olunur ki, Vaşinqton son aylarda münaqişənin diplomatik yolla həllinə yönəlmiş səyləri intensivləşdirib və tərəflər arasında birbaşa dialoqun bərpasını təşviq edir. Bununla belə, danışıqların konkret nəticələri və növbəti mərhələlər barədə rəsmi məlumat verilməyib.

Poliqon.info

Избранный
72
poliqon.info

1Источники