Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında siyasi dialoq toplantısı keçirilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, toplantı Türkiyənin XİN başçısının müavini Kemal Bozay və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin siyasi məsələlər üzrə baş katibinin köməkçisi Olof Skuqun həmsədrliyi ilə Ankarada baş tutub.
Qeyd edək ki, yanvarın 26-da Olof Skuq Türkiyə xarici işlər nazirinin müavini Zeki Levent Gümrükçü ilə Avropanın təhlükəsizliyinə dair məsələləri müzakirə edib.
Türkiye-AB Siyasi Direktörler Seviyesinde Siyasi Diyalog Toplantısı Bakan Yardımcımız ve AB Başkanı Büyükelçi Mehmet Kemal Bozay ve AB Dış İlişkiler Servisi Siyasi İşler Genel Sekreter Yardımcısı Olof Skoog eşbaşkanlıklarında Ankara’da gerçekleştirildi. pic.twitter.com/7Ym3P8icgo
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) January 27, 2026