NASA təyyarəsi Teksasda texniki nasazlıq səbəbindən təcili eniş edib.
Publika.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, “NASA WB-57” təyyarəsi şassinin nasazlığı səbəbindən Hyuston şəhərindəki Ellinqton Field aeroportunun uçuş-enmə zolağına eniş edib.
Təyyarə enərkən altından səpələnən qığılcımlar görünüb. Pilot təyyarənin salonundan çıxarılıb və xəstəxanaya yerləşdirilib. Təyyarənin nasazlıq səbəbləri araşdırılır.