RU

Atasının yolu ilə gedir

Marselonun oğlu atasının yolu ilə gedir.

"Football-plus.az" xəbər verir ki, keçmiş müdafiəçinin oğlu olan Entso Alveş “Real” ilə ilk peşəkar müqaviləsini imzalayıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Entso 2024-cü ildən “Real”da oynayır. O, hazırda U-18 komandasında mərkəz hücumçusu kimi çıxış edir.

16 yaşlı Alveşin Madrid klubunun uzunmüddətli inkişaf strategiyasının bir hissəsinə çevriləcəyi gözlənilir.

Избранный
21
1
football-plus.az

2Источники