RU

“Latsio” İtaliya millisinin üzvünü transfer etdi

İtaliyanın "Latsio" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, "qartallar" "Redcana"dan Edoardo Mottanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Latsio" İtaliya U-21 millisinin üzvü üçün onun klubuna 1,2 milyon avro təzminat ödəyib. 21 yaşlı qolkiperlə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Edoardo Motta "Yuventus"un yetirməsidir. Gənc "əlcək sahibi" 2024-cü ilin yayından "Redcana"da çıxış edir. O, cari mövsümdə B Seriyası təmsilçisinin heyətində 21 oyunda meydana çıxıb və qapısında 31 qol görüb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
67
2
bizim.media

7Источники