Vilnüs Beynəlxalq Hava Limanının bir saat yarıma yaxın bağlı qalması səbəbindən beş reysdə təxminən 700 sərnişin təyyarədə qalıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Milli Böhran Vəziyyətlərinin İdarə Edilməsi Mərkəzi məlumat yayıb.
"Təhlükəsizlik zonasında müşahidə edilən meteoroloji şarlar səbəbindən hava limanı çərşənbə axşamı bağlanıb. Təxminən 700 sərnişinin olduğu Vilnüsdə enməsi planlaşdırılan beş uçuş Kaunas və Riqaya yönləndirilib", - deyə açıqlamada bildirilir.
Süleyman