RU

Xarkovda Rusiyanın sərnişin qatarına hücumunda ölənlərin sayı beşə yüksəlib - YENİLƏNİB

Ukraynanın Xarkov vilayətində Rusiya dronunun sərnişin qatarına hücumu nəticəsində azı beş nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

"İndiyədək beş cəsədin fraqmentləri aşkar olunub", – deyə məlumatda qeyd olunub.

Qurum bildirib ki, həlak olanların identifikasiyası üçün DNT ekspertizası aparılacaq.

Rusiya pilotsuz uçuş aparatları (PUA) Ukraynanın Xarkov vilayətində, Yazıkovo kəndi yaxınlığında Barvenkovo–Xarkov-Çop sərnişin qatarına zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti açıqlama yayıb.

Qatarın içində 155-dən çox sərnişin olub. Axşam saatlarına olan məlumata görə, üç nəfər həlak olub.

Bir kişi və bir qadın tibbi yardıma müraciət ediblər.

Prokurorluğun bildirdiyinə görə, qatarın yaxınlığında iki zərbə qeydə alınıb, daha biri isə vaqona düşüb və nəticədə yanğın baş verib.

Избранный
44
5
far.az

6Источники