ain.az, Idman.biz portalına istinadən məlumat verir.
İtaliya Kubokunun 1/8 final mərhələsinin “Fiorentina” və “Komo” arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, Sesk Fabreqasın komandası 3:1 hesablı qələbə qazanıb.
“Fiorentina”nın hücumçusu Roberto Pikkoli hesabı yeddinci dəqiqədə açıb. “Barselona”nın keçmiş oyunçusu Serji Roberto 20-ci dəqiqədə bərabərlik qolunu vurub. Argentinalı yarımmüdafiəçi Nikolas Pas 60-cı dəqiqədə “Komo”nun ikinci qoluna imza atıb. 90+1-ci dəqiqədə ispaniyalı Alvaro Morata yekun hesabı təsdiq edib.
Beləliklə, “Komo” İtaliya Kubokunun dörddəbir finalına vəsiqə qazanıb, Fabreqasın komandası dörddəbir finalda “Napoli” ilə qarşılaşacaq.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.