"Sumqayıt"ın sabiq hücumçusu Momo Yansane Ermənistanda oynayacaq.
Sportinfo.az xəbər verir ki, qvineyalı forvard "Pünik"lə anlaşıb.
28 yaşlı futbolçu Kipr təmsilçisi "Omoniya"dan (Aradipu) ayrılaraq İrəvan klubu ilə 6 ay+1 illik müqavilə imzalayıb.
Qvineya millisinin sabiq üzvü 2025-ci ilin yanvarından iyununa kimi “Sumqayıt”da çıxış edib. Bu müddətdə 14 matç keçirib və 1 qol vurub.
