RU

Ömrümün qalan hissəsini kəndimizdə yaşamaq istəyirəm- Keçmiş məvburi köçükn

BAKI, 28 yanvar. TELEQRAF

Zəngilanın Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Almaz Alkərəmova doğma yurda dönüşünü böyük sevinc hissi ilə qarşıladığını bildirib.

Teleqraf xəbər verir ki, Zəngilan rayonunun Horovlu kəndinə qayıdan Almaz Alkərəmova jurnalistlərə açıqlamasında qeyd edib ki, doğma kəndini tərk edəndə 25 yaşı olub.

“Bu gün böyük sevinc hissi ilə doğma kəndimə qayıdıram. Bir dəfə əvvəllər kəndimizə gəlmişdim. İndi isə istəyim budur ki, kəndimizdə həmişəlik yaşayım. Həyət-bacamda təsərrüfatla məşğul olub, ömrümün qalan hissəsini doğma kəndimizdə keçirmək istəyirəm.

Cənab prezidentimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Qazilərimizə də can sağlığı arzu edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Horovlu kəndinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilir.

Избранный
64
teleqraf.com

1Источники