Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.
Bakupost.az xəbər verir ki, respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına qayıdırlar.
Bu mərhələdə Horovlu kəndinə 20 ailə, ümumilikdə 77 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident **İlham Əliyev**ə və Birinci vitse-prezident **Mehriban Əliyeva**ya təşəkkürlərini bildiriblər.
Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.