ABŞ-ın sabiq prezidenti Co Bayden uzun sürən susqunluqdan sonra açıqlama ilə çıxış edərək ölkə rəhbərliyini sərt şəkildə tənqid edib.
"Ölkə.az" xəbər verir ki, Bayden bəyanatında Donald Tramp administrasiyasının məqsədli şəkildə öz vətəndaşlarına qarşı hərəkət etdiyini bildirib. Onun sözlərinə görə, bu siyasət xüsusilə Minnesota sakinlərinin ciddi əziyyət çəkməsinə səbəb olub.
Bayden qeyd edib ki, zorakılıq və terrorun ABŞ-da yeri yoxdur, xüsusilə də hökumət öz vətəndaşlarını hədəf seçəndə. O vurğulayıb ki, ABŞ küçələrdə öz vətəndaşlarını güllələyən və ya Konstitusiyanın Dördüncü düzəlişini – əsassız axtarışları, yoxlamaları və şəxsi əmlakın müsadirəsini qadağan edən maddəni – tapdalayan bir ölkə olmamalıdır.