Fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti Nyu-York Əmtəə Birjasının tərkibinə daxil olan “Comex”də tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 5 200 dollar həddini ötüb. Bu barədə birjanın məlumatlarında bildirilir.
Bakı vaxtı ilə saat 05:40-a olan məlumata görə, qiymətli metalın qiyməti 2,41% artaraq bir unsiya üçün 5 205,1 dollar təşkil edib. Saat 05:45-də isə qızılın qiyməti artım tempini sürətləndirərək bir unsiya üçün 5 216,7 dollara çatıb (artım 2,64%).