"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"lə oyundan əvvəl "Qarabağ"ı xatırlayıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Lissabon təmsilçisinin hazırda Çempionlar Liqasında istənilən vəziyyətdə olmamasını "Qarabağ"la oyunla əlaqələndirib:

"Hazırda bu vəziyyətdə olmağımızda bir neçə faktor var. Amma ən əsası ilk turda "Qarabağ"a məğlub olmağımızdır. O, oyunda qələbə qazanmalı idik. Əgər o görüşdə qalib gəlsəydik, indi 9 xalımız olardı və növbəti mərhələ üçün bizə cəmi 1 xal kifayət edərdi".

Qeyd edək ki, "Benfika"nın Ağdam təmsilçisinə məğlub olduğu matçdan sonra baş məşqçi Bruno Laji ilə yollar ayrılıb və onun əvəzinə Mourinyo gətirilib.

"Qartallar"ın hazırda 6 xalı var. Onlar bu gecə "Real Madrid"i məğlub etsə belə, digər oyunların nəticələrini gözləməli olacaqlar.