RU

Rubio ABŞ-nin artıq iştirak etməyəcəyi sazişləri açıqlayıb

Amerika Birləşmiş Ştatları (ABŞ) ölkənin milli maraqlarına xələl gətirən beynəlxalq saziş və təşəbbüslərdə artıq iştirak etməyəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Rubio müvafiq bəyanatı Vaşinqtonun Paris İqlim Sazişindən çıxması fonunda səsləndirib. Rubio qeyd edib ki, sözügedən sənəd ABŞ-də qiymətlərin artmasına səbəb olur, iqtisadi artımı ləngidir və ölkənin milli təhlükəsizliyini zəiflədir.

Paris Sazişi 12 dekabr 2015-ci ildə Parisdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransının yekununda qəbul edilib. Amerika lideri Donald Trampın birinci prezidentlik dövründə - 4 noyabr 2019-cu ildə Birləşmiş Ştatlar rəsmi olaraq sazişdən çıxmışdı. İkinci prezidentlik müddətində isə Tramp ölkənin Paris Sazişindən çıxması barədə yenidən fərman imzalayıb.

Избранный
17
4
ikisahil.az

5Источники