RU

"Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək

UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Qarabağ" bu gecəyarısı növbəti oyununa çıxacaq.


Manset.az xəbər verir ki, təmsilçimiz İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.

"Enfield Road" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Branislav Hançko və Yan Pozor oyunun baş hakiminin köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq əyləşəcəklər.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddi turunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətdən sonra 10 xal toplamağı bacarıb və turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.

29 yanvar

UEFA Çempionlar Liqası

VIII tur

Saat 00:00, "Liverpul" - "Qarabağ".

Избранный
36
50
manset.az

10Источники