RU

ABŞ məhkəməsi 5 yaşlı Liam və atasının deportasiyasını blokladı

ABŞ
Beş yaşlı uşağın və atasının deportasiyası müvəqqəti olaraq dayandırılıb. 1news.az xəbər verir ki, Texas ştatının federal dairə hakimi Fred Bieri beş yaşlı Liam Conejo Ramosun və onun atası Adrian Alexander Conejo Ariasın ABŞ-dan deportasiya edilməsini müvəqqəti olaraq bloklayan qərar qəbul edib.
Qərar ata və uşağın saxlanılması ilə bağlı ictimai narazılıq fonunda verilib. Belə ki, ötən həftə sosial şəbəkələrdə beş yaşlı Liamın — başında dovşan papağı ilə — Minnesota ştatının Kolumbiya Hayts şəhərində, evlərinin qarşısında qar altında miqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayılıb. Şahidlərin bildirdiyinə görə, miqrasiya agentləri uşağın atasını binadan çıxarmaq məqsədilə Liamdan ailənin qapısını döyməsini istəyiblər. Bu hal cəmiyyətdə ciddi narazılıq doğurub. Tənqidçilər federal qurumları uşağı “yem” kimi istifadə etməkdə ittiham ediblər. ABŞ-ın Tramp administrasiyası isə bu iddiaları rədd edib.

Hazırda ata və oğul Texas ştatının Dilli şəhərində saxlanılır.

Избранный
15
1news.az

1Источники