RU

Həkim gündəlik alkoqol qəbulunun fəsadlarından danışdı

“Alkoqolun hər gün qəbul edilməsi psixoloji asılılıq yaradır və 200-dən çox xəstəliyin inkişaf riskini artırır”.

Editor.az xəbər verir ki, bunu Lyubertsi Rayon Xəstəxanasının tibb və fiziki reabilitasiya klinikasının rəhbəri Aleksandr İqumnov xarici mediaya açıqlamasında deyib.

Həkimin sözlərinə görə, gündəlik alkoqol istifadəsi zamanla psixoloji asılılığa səbəb olur və bu da bütün orqanizm üçün ciddi mənfi nəticələr doğurur. Alkoqolun tez-tez qəbulu onkoloji xəstəliklər, mədə-bağırsaq problemləri və beyin xəstəlikləri də daxil olmaqla, 200-dən artıq xəstəliyin yaranma ehtimalını yüksəldir.

Aleksandr İqumnov qeyd edib ki, alkoqoldan ilk zərər görən orqan həzm sistemidir. Bu, mədə və bağırsaqlarda eroziya və xoralara, son nəticədə isə daxili qanaxmalara gətirib çıxara bilər.

Həkim insanlara fiziki aktivliyi əhatə edən sağlam həyat tərzi sürməyi, həmçinin alkoqolu istirahət və rahatlama vasitəsi kimi qəbul etməməyi tövsiyə edib.

//Gülnarə Abasova, Editor.az

Избранный
16
editor.az

1Источники